Modern.az

Dünən 47 aktiv COVID-19 xəstəsi saxlanılıb

Dünən 47 aktiv COVID-19 xəstəsi saxlanılıb

17 Dekabr 2020, 13:30

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dekabrın 16-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 47 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlardan 42 nəfəri tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar. 5 nəfərin xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 28 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et