Modern.az

İranda sərnişin təyyarəsi təcili eniş edib

İranda sərnişin təyyarəsi təcili eniş edib

17 Dekabr 2020, 20:14

"Caspian" hava yollarına məxsus 038 saylı Tehran-Şiraz istiqamətində uçan təyyarə İsfahan şəhərində təcili eniş edib. 

 

Modern.az xəbər verir ki, yerli vaxtla 13:20 dəqiqədə baş verən hadisənin səbəbi kimi təyyarədəki texniki nasazlıq göstərilib. 

 

Təyyarənin sərnişinlərindən xəsarət alan olmayıb. Sərnişinlər başqa təyyarə ilə İsfahandan Şiraza uçublar (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et