Modern.az

ABŞ-dan Rusiyaya yeni sanksiyalar

ABŞ-dan Rusiyaya yeni sanksiyalar

Aktual

18 Dekabr 2020, 23:06

ABŞ-ın Ticarət Nazirliyi Rusiya şirkətləri “Kosmos Komplekt”, “Sovtest Komp” və Rusiya vətəndaşı olan İlyas Sabirova qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ hökuməti tərəfindən dərc olunan sənəddə deyilir.

 

Genişləndirilmiş siyahıya Çin, Pakistan, Malta, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrindən 78 hüquqi və fiziki şəxs daxildir.

 

Məhdudiyyətlər “milli təhlükəsizliyə və ya ABŞ-ın beynəlxalq siyasətdəki mənafeyinə zidd fəaliyyət qruplarına aid olduğu düşünülən” və ya bununla əlaqəsinin olma ehtimalı yaranan şəxslər və şirkətlərə tətbiq olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi