Slovakiyanın Baş naziri İqor Matoviçin koronavirus testi müsbət çıxıb.
Modern.az xəbər verir ki, bu barədə Aktual.sk məlumat yayıb.
Qeyd edilir ki, siyasətçi evdə təcrid olunacaq.
Bundan əvvəl ölkənin Kənd Təsərrüfatı naziri Yan Miçovski və Ətraf Mühitin Mühafizəsi naziri Yan Budayda da koronavirus aşkar edilmişdi.