Rusiya Federasiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş sakinlər üçün növbəti humanitar yük Dağlıq Qarabağ ərazisinə çatdırılıb.

 

Modern.az-ın məlumatına görə, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş sakinlərə yardım məqsədilə tikinti materialları gətirilib.

 

54 vaqondan ibarət olan humanitar yükün vaqonlardan boşaldılaraq əhaliyə çatdırılması planlaşdırılır.