Modern.az

Axtarışda olan 128 nəfər saxlanıldı

Axtarışda olan 128 nəfər saxlanıldı

Aktual

19 Dekabr 2020, 16:52

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 18 cinayətin üstünü “isti izlər”lə açıblar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 128 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi