Modern.az

“Liverpul”dan darmadağın

“Liverpul”dan darmadağın

19 Dekabr 2020, 20:04

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 14-cü turuna start verilib.

 

Modern.az xəbər verir ki, turun açılış görüşündə son çempion “Liverpul” səfərdə “Kristal Palas”ın qonağı olub.

 

Görüş “Liverpul”un 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Mersessayd təmsilçisinin heyətində Takumu Minamino, Sadio Mane, Roberto Firmino (2), Məhəmməd Salah (2) və Jordan Henderson fərqləniblər.

Bu qələbə sayəsində “Liverpul” xal ehtiyatını 31-ə çatdıraraq, turnir cədvəlində liderliyini davam etdirir. “Kristal Palas” isə 18 xalla 12-ci yerdə qərarlaşıb.

Turun ilk oyun günündə “Mançester Siti” səfərdə “Southemton” komandasının qonağı olacaq. “Everton” isə “Arsenal”ı qəbul edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi