Modern.az

Xəstəxanada partlayışda ölənlərin sayı artdı

Xəstəxanada partlayışda ölənlərin sayı artdı

19 Dekabr 2020, 20:29

Türkiyənin Qaziantep şəhərindəki özəl xəstəxanada baş verən partlayış nəticəsində ölən pasiyentlərin sayı 9 nəfərə çatıb.

 

Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

"Vəfat edənlərin sayı 9 oldu", - deyə nazir bildirib.

 

Onun sözlərinə görə, hadisənin başvermə səbəbi araşdırılır.

 

Qeyd edək ki, hadisə SANKO Universitetinin Reanimasiya şöbəsində baş verib. Şöbədə oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.

Məlumata görə, 20 nəfərlik Reanimasiya şöbəsində 19 xəstə olub. Onların 9-u ölüb. Digər pasiyentlər yaxınlıqdakı başqa hospitala yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi