Modern.az

Qubada yol qəzası

Qubada yol qəzası

20 Dekabr 2020, 00:52

Qubada xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Quba rayonunda qeydə alınıb.

 

İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Babayev Tərlan Güloğlan oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və hər iki ayağın sınığı diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi