Azərbaycan 44 günlük Vətən Müharibəsində şanlı qələbə qazandı. Bununla da Azərbaycan və Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmış oldu. Artıq Cənubi Qafqaz regionunda tamamilə yeni vəziyyət mövcuddur.
Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını hərbi yolla yanaşı apardığı qətiyyətli siyasi qələbə nəticəsində tamamilə azad etdi. Azərbaycan bu münaqişəni özü həll etdi, başda prezident cənab İlham Əliyev olmaqla Azərbaycan əsgərinin rəşadəti və qəhrəmanlığı hesabına. Azərbaycan Ermənistan Ordusunu döyüş meydanında darmadağın edərək məğlub etdi.
Ermənistanın Baş Naziri Paşinyan məğlub olduğunu etiraf edərək alçaldıcı kopitulyasiya haqqında bəyanata imza atdı. Artıq dünyada Dağlıq Qarabağ probleminin mövcudluğuna son qoyuldu. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Azərbaycan bütün vasitələrdən istifadə etdi. Prezident cənab İlham Əliyev dünya liderləri ilə rəsmi görüşlərində, beynəlxalq qurumlardakı bütün çıxışlarında Ermənistanın işğalçı ölkə olduğunu qeyd edirdi. Bütün bu görüşlərdə cənab prezident Ermənistana təzyiq göstərilməlı olduğunu, işğal etdiyi Azərbaycan torpaqlarını azad etmələrini onların diqqətinə çatdırmışdır.
Bu münaqişənin həll olunmasında birbaşa mandata malik olan ATƏTin Minsk qrupunun həmsədrləri 28 il ərzində bölgəyə turist qismində gəlib getmişlər. Yarandığı ilk vaxtlardan həmsədrlər Azərbaycanda məcburi köçkünlər ilə görüşmüş, onları dinləmiş, dəfələrlə işğal altında olan torpaqlara səfər etmişlər. Bu səfərlər zamanı onlar ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşilikləri öz gözləri ilə görmüşlər. Lakin özlərini görməməzliyə və eşitməməzliyə qoymuşlar. Bu illər ərzində onların yeganə məqsədi bu münaqişənin həll prosesini uzatmaq, status kvonu saxlamaq və bununla da ermənilərin mövqelərini müdafiə etmək oldu.
Demək olar ki, onlar bu münaqişənin həllində heç bir rol oynamadı. Bundan ruhlanan Ermənistan daha da azqınlaşdı və Azərbaycana qarşı yeni təxribatlar törətməyə başladı. Ermənistanın Baş Naziri Paşinyanın sərsəm bəyanat və ağılsız hərəkətləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mənasız olmasına gətirib çıxardı. Bütün bunlardan sonra prezident cənab İlham Əliyev münaqişənin həll olunması nın yeganə yolunun hərb yolu olmasını bildirdi bə hadisələrin gedişi onu göstərdi ki, bu ən düzgün qərar idi. Bu 44 günlük müharibə ərzində və ondan sonra da Paşinyan özünü və xalqını rəzil vəziyyətə saldı. Ermənistan Ordusunun və iqtisadiyyatının dirçəldilməsi üçün 10 illərlə vaxt gərəkdir.
Əslində bundan sonra da Ermənistanın rəhbərliyi ağıllanmasa və yenidən təxribatçı hərəkətlərə yol verərsə Azərbaycanın dəmir yumruğu onun başına elə vurulacaq ki, artıq Ermənistan dövlətinin mövcudluğu sual altında qalacaqdır. Dekabr ayında prezident cənab İlham Əliyev öz təşəbbüsləri ilə Bakıya gəlmiş ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi və sözün həqiqi mənasında onlara siyasi və tarixi dərs keçdi. Prezident cənab İlham Əliyev münaqişənin ilk günlərindən başlayaraq bu münaqişənin sona çatanadək olan bütün hadisələrini onların nəzərinə çatdırdı. Cənab prezidentin bu çıxışından sonra həmsədrlərin sanki boğazları qurudu və hansısa söz deməyə arqumentləri olmadığından bir birinin üzlərinə baxdılar. Doğrudan da onlar Azərbaycana hansı üzlə gəlmişlər?
Qeyd etdiyim kimi Dağlıq Qarabağ problemi artıq tarixə qovuşub. Cənab İlham Əliyevin göstərişinə əsasən Dağlıq Qarabağ və ətraf rayonlarda yenidənqurma işlərinə start verilib. Əgər ATƏT-in Minsk qrupu öz fəaliyyətini bundan sonra davam etdirəcəksə, gələn səfərlərində ermənilərin xaraba qoyduğu ərazilərimizin müasir və gözəl bir regiona çevrildiyini görəcəklər.
Kamilə Əliyeva
Milli Məclisin deputatı