Modern.az

Ağsuda gizli kafe işlədən şəxs saxlanıldı

Ağsuda gizli kafe işlədən şəxs saxlanıldı

Aktual

20 Dekabr 2020, 21:45

Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarını pozaraq Ağsuda kafe işlədən rayon sakini saxlanılıb.

 

Modern.az xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində kafenin rayon sakini 39 yaşlı Əliyev Salman Ədalət oğluna məxsus olduğu müəyyən edilib.

Kafe sahibi, kafedəki müştərilər olmaqla ümumilikdə 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən polis əməkdaşları tərəfindən protokol tərtib edilərək cərimələr tətbiq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi