İngiltərə futbol tarixinin ən kəskin rəqabətlərindən sayılan “Mançester Yunayted”-“Lids Yunayted” qarşılaşması başa çatıb.
Modern.az xəbər verir ki, matçda 8 qol vurulub. “Qırmızı Şeytanlar” öz doğma meydanlarında rəqibi darmadağın ediblər - 6-2.
Beləliklə, mançesterlilər bu qələbə ilə 13 turdan sonra xallarını 26-ya çatdıraraq üçüncü pillədə yer alıblar.