Modern.az

Bakının mərkəzində yaşayış binası yanır

Bakının mərkəzində yaşayış binası yanır

21 Dekabr 2020, 10:48

Bakının mərkəzində yqaşayış binasında yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti 83 ünvanında dördmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi