Modern.az

Ermənistanda 2656 nəfər koronavirusdan ölüb

Ermənistanda 2656 nəfər koronavirusdan ölüb

21 Dekabr 2020, 10:56

Ermənistanda daha 240 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 153 825 olub.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 2 656-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 654-ə yüksəlib. İndiyədək 133 176 pasiyent infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 17 579 aktiv koronavirus xəstəsi var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi