Modern.az

1618 tibb işçisinə 1,4 milyon manat əlavə ödənildi

1618 tibb işçisinə 1,4 milyon manat əlavə ödənildi

21 Dekabr 2020, 11:17

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən noyabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

 

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1618 tibb işçisinə 1.4 mln manat məbləğində müddətli əlavə ödənilib. 

 

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi