2020-ci ilin 10 ayında ölkə üzrə 52 769 ölüm halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məıumata görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.
Rəsmi məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 54701 nəfər və ya 0,5 faiz artaraq, 2020-ci il noyabr ayının 1-i vəziyyətinə 10121809 nəfərə çatıb.