2020-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 50173,1 milyon manat təşkil edib, lakin əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz azalıb.
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 45499,1 milyon manatlıq vəsait qalıb.
Rəsmi məlumata görə, 2020-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 14,7 faiz artaraq 704,5 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3360,6 manat, qeyri neft-qaz sektorunda 647,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,6 manat, özəl müəssisələrdə isə 805,7 manat olub.