Modern.az

Polisin “saxla” işarəsinə əməl etməyən sürücü saxlanıldı

Polisin “saxla” işarəsinə əməl etməyən sürücü saxlanıldı

21 Dekabr 2020, 13:38

Sosial şəbəkələrdə polisin qanuni tələblərini yerinə yetirməyən “KamAz” sürücüsü ilə bağlı tədbir görülüb.

 

Bu barədə Modern.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, həqiqətən dekabrın 18-də, saat 21.00 radələrində Xətai rayonu, Nobel prosoekti ilə hərəkətdə olan “Kamaz” markalı, 10 HZ 667 dövlət nömrə nömrə nişanlı avtomobili idarə edən Şüvəlan qəsəbəsi sakini, 36 yaşlı Məmmədov Balaəhməd Ağaəhməd oğlu sənədləri qaydasında olmadığı üçün polis tərəfindən verilən “saxla” işarəsinə əməl etməyərək qaçmağa cəhd göstərib. Lakin buna baxmayaraq, polis əməkdaşlarının operativliyi və təhlükəsizlik qaydalarını nəzərə alaraq gördüyü tədbirlər nəticəsində sürücü avtomobillə birlikdə saxlanılıb.

 

Nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa qoyulub, sürücü barəsində isə müvafiq araşdırma aparılmaqla Xətai rayon Polis İdarəsinin 36-cı polis şöbəsinə təhvil verilib".

Onun sözlərinə görə, sürücü barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi