Modern.az

Hava dəyişəcək - XƏBƏRDARLIQ

Hava dəyişəcək - XƏBƏRDARLIQ

21 Dekabr 2020, 14:08

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. 

 

Modern.az-ın məlumatına görə dekabrın 23-dən 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

 

Dekabrın 24-ü gündüzdən 25-i səhərədək şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4 dərəcəyədək aşağı enəcək.

 

Dekabrın 22-si axşam qərb rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Dekabrın 24-ü gündüzdən 25-i səhərədək qərb küləyinin sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi