Modern.az

Türk aktrisa dünyanın ən gözəl qadını seçildi

Türk aktrisa dünyanın ən gözəl qadını seçildi

21 Dekabr 2020, 22:34

“Los Angeles Cosmetic” Cərrahiyyə Klinikasının üç plastik cərrahı “Top Beauty World” adı ilə altı ildir dünyanın ən gözəl 100 qadınını seçirlər.

 

Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə onların siyahısına türkiyəli aktrisa Hande Erçel də daxil olub.

 

Türkiyədə böyük pərəstişkar kütləsinə sahib olan Hande Erçel “Top Beauty World 2020”nin 100 ən gözəl qadını sıralamasında birinci seçilib.

 

Ondan sonrakı yerləri Dipika Padukon, Barbara Palvin, Am Yuna, Lesti Kejora, Aleksandra Daddario, Emilia Klark, Çou Tzuyu, XuJiaq Kiki və Aişvarya Ray Baççan paylaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi