Modern.az

Putin 9 yaşlı leykoz xəstəsinin arzusunu yerinə yetirdi - VİDEO

Putin 9 yaşlı leykoz xəstəsinin arzusunu yerinə yetirdi - VİDEO

Aktual

21 Dekabr 2020, 23:38

Rusiya Prezidenti Vladimir Putin Çelyabinsk şəhərindən olan doqquz yaşlı oğlanın arzusunu yerinə yetirib. 

 

Modern.az xəbər verir ki, leykoz xəstəsi olan Dima Oşepkin bu yaxınlarda “Arzular yolkası” adlı aksiyada Qırmızı Meydanda xizəkdə sürüşməyi arzulayıb.

 

Vladimir Putin öz növbəsində onun arzusunu gerçəkləşdirməyə söz verib:

 

“Asanlıqla edərik. Birlikdə sürüşərik.Hesab et ki, artıq yoldasan”.

 

Beləliklə, Dimanın arzusu gerçəkləşib. Dima və Rusiya Prezidenti birlikdə buz üstünə çıxıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi