“Biz baş nazir vəzifəsini tutan şəxsin təcili istefasını tələb edirik”.
Modern.az “news.am“a istinadla xəbər verir ki, bu tələb Ermənistanın 30-dan çox idmançısının birgə bəyanatında yer alıb.
İdmançılar ölkənin Baş naziri Nikol Paşinyanı satqın adlandıraraq, onu idarəçilik qabiliyyətinin olmamasında ittiham ediblər:
"Baş nazir Vətənimizi parçalayaraq satqın hərəkətlərini davam etdirir. Bizim xalqımızın və ölkəmizin suverenliyi təhlükə altındadır. Satqın bizim dövlətimizi daha idarə edə bilmir".