Modern.az

Ceyhun Bayramov isveçli həmkarı ilə danışdı

Ceyhun Bayramov isveçli həmkarı ilə danışdı

22 Dekabr 2020, 20:10

Bu ilin 22 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İsveç Krallığının xarici işlər naziri Ann Linde arasında video konfrans formatında görüş baş tutub.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə bölgədə mövcud olan son vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn bir sıra məsələlərin icrası ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazirlər, 2021-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçin sədrliyini nəzərə alaraq, ATƏT-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 

Görüşdə, habelə ikitərəfli əməkdaşlıq münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ərtafında fikir mübadiləsi aparıldı.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi