Modern.az

Təhlükəli asteroidlər Yerə yaxınlaşır

Təhlükəli asteroidlər Yerə yaxınlaşır

23 Dekabr 2020, 09:25

“NASA” potensial təhlükəli göy cisimləri qrupuna daxil olan üç asteroidin Yer kürəsinə yaxınlaşdığını bəyan edib.

 

Modern.az-ın  məlumatına görə, kosmik daşlar 25 dekabrda təhlükəsiz şəkildə planetin yanından keçəcəklər. Bunlardan ən böyüyü, diametri təxminən 200 metr olduğu təxmin edilən asteroid Yer kürəsindən 3 min kilometr uzaqlıdan keçəcək.

 

501647 (2014 SD224) adlanan asteroid son dəfə 2020-ci ilin yanvarında Yer kürəsinə yaxınlaşıb. Növbəti dəfə isə 2021-ci ilin dekabrında bizim planetin yanından keçəcək.

 

Qeyd edək ki, potensial təhlükə sayılan obyektlər Yer kürəsindən 6-7 min kilometr uzaqlıdan keçən və sahəsi 140 metr olan obyektlər hesab edilir.

Whatsapp
Bizə yazın!
Keçid et