Modern.az

Daha 19 koronavirus xəstəsinə cinayət işi açıldı

Daha 19 koronavirus xəstəsinə cinayət işi açıldı

Aktual

23 Dekabr 2020, 10:10

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

 

19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi