Modern.az

ABŞ Azərbaycanı din azadlığının təmin edildiyi ölkə hesab edir

ABŞ Azərbaycanı din azadlığının təmin edildiyi ölkə hesab edir

Aktual

23 Dekabr 2020, 11:20

ABŞ hökuməti tərəfindən din azadlığı pozulmuş ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib.

 

Modern.az xəbər verir ki, eyni zamanda ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) bununla əlaqədar bəyanatı dərc edilib.

 

Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla 2 təsnifat üzrə qruplaşdırılıb.

 

Qeyd edək ki, BDAK-ın bəyanatında Komissiya tərəfindən dərc edilmiş 2020-ci il hesabatında növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılıb. Lakin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi