Modern.az

Komitə sədri büdcə gəlirlərində baş verən yeniliklərdən DANIŞDI

Komitə sədri büdcə gəlirlərində baş verən yeniliklərdən DANIŞDI

Aktual

23 Dekabr 2020, 12:10

“Büdcə gəlirlərinin artan hissəsinin qeyri-neft sektoru və əlavə gəlirlər hesabına təmin edilməsi yenilikdir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

 

Komitə sədrinin sözlərinə görə, bu gün müzakirə edilən məsələlər proqnozdur:

 

“Bunun yerinə yetirilməsi üçün görüləcək işlər çox mühüm rol oynayır. Dövlətin bu sahədə tədbirləri hədəflidir. İqtisadiyyatın real sektoru bu hədəfləri qəbul etməkdə maraqlıdır. Məhz bu təcrübənin inkişaf etdirilməsi 2021-ci ildə yenidən iqtisadiyyatda artıma qayıtmaqda mühüm rol oynayacaq. Azərbaycanda iqtisadi sektorda baş verənlər, vaxtında göstərilən iqtisadi dəstək iqtisadi sektorun növbəti ildə daha tez bərpa olunmasına şərait yaradacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi