“2020-ci il siçan ili idi. Bu ili ən yaxşı xarakterizə edən siçan da məhz Nikol Paşinyan oldu”.
Bu sözləri Modern.az-a 2020-ci ilin yekunları barədə danışarkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədrinin fikrincə, Ermənistan baş naziri 2021-ci ildə elə siçan kimi gizləndiyi dəliklərin birindən çıxmağa çalışacaq:
“Yadınızdadırsa, Prezident İlham Əliyev müharibə dövründəki çıxışlarının birində qondarma rejimin başçısı ilə bağlı da bu cür bənzətmə səsləndirmişdi. Erməni rəhbərlərin xisləti budur. Təhlükə hiss edən kimi gizlənməyə deşik axtarırlar. Amma 2020-ci ilin siçan simvolu məhz Nikol Paşinyan oldu.
Ermənilər hazırda Paşinyana Ermənistanı dar edirlər. Müharibə dövründə demək olar bütün dövlətlər haqlının tərəfində oldu, heç kim Nikol Paşinyanın çağırışlarına məhəl qoymadı. İndi hara gedir, az qala başına hərə bir vedrə su tökür. Siçan kimi suyu süzülə-süzülə dolanır. Amma Paşinyan həm də sırtığın biridir. Bütün Ermənistan ayağa qalxıb, o isə istefa vermir. Şər-bəlalarla dolu olan 2020-ci ilin siçanına ancaq Paşinyan layiq ola bilər”.
Nəzrin Vahid