Modern.az

Deputat Əli Məsimli: “Heç ağlımıza da gəlməzdi ki...”

Deputat Əli Məsimli: “Heç ağlımıza da gəlməzdi ki...”

Aktual

23 Dekabr 2020, 14:01

“Heç ağlımıza da gəlməzdi ki, işğaldan azad edilmiş torpaqların  bərpası ilə bağlı büdcəni müzakirə edə bilərik. Bu sevindirici haldır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Əli Məsimli deyib.

Deputat həmişə tənqidi təhlillər apardığını, çıxışlar etdiyini də qeyd edib:

“2021-ci ilin büdcəsi də qlobal risklər şəraitində müəyyənləşir. Məni bəzi məslələr maraqlandırır. Burada proqnozların dəqiqliyi barəsində ciddi cəhd də göstərməyə dəyməz. İqtisadiyyat nazirinin çıxışı, Hesablama Palatasının rəyi onu deməyə əsas verir ki, bizim iqtisadi artımımız olacaq. Neftin qiyməti ilə bağlı beynəlxalq təşkilatların proqnozları göstərir ki, kəskin enmələr gözlənilmir. İnflyasiyada hansısa kəskin artımlar olmayacaq. Mərkəzi Bankın sədrinin çıxışı da buna əsas verir. Manatın devalvasiyası ilə bağlı 2020-2021-ci illər şok dövr olmasına baxmayaraq, 2014-cü il deyil. Ona görə də devalvasiya gözlənilmir deyə bilərik. “Böyük Qayıdış”ın reallaşmasına yönəldilən 2,2 milyard manat vəsaitin effektivliyinə nail olmaq üçün bura özəl sektoru da cəlb etməliyik. 2021-ci ildə olmasa da, növbəti illərdə özəl sektor da həmin ərazilərə vəsait ayırmalıdır. Həmin vəsaitə nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətində daha ciddi tədbirlər görülməlidir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi