Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Həsənov Tofiq Etibar oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, T. Həsənov 1989-cu ildə Gədəbəy rayonunun Cəfərli kəndində doğulub.

 

 

O, sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.