Modern.az

“Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək” - Lavrov

“Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək” - Lavrov

Aktual

23 Dekabr 2020, 20:17

“Rusiya ABŞ-ın rus şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov qatarlı həmkarı Məhəmməd ibn Əbdürrəhman Əl- Sani ilə Moskvada görüşü zamanı bildirib.

 

XİN rəhbəri mətbuat konfransında ABŞ-ın bəzi Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı sanksiya tətbiq etmə qərarını dəyərləndirib:

 

“ABŞ uzun müddətdir ölkəmizə qarşı düşmənçilik siyasəti aparır, buna cavab veriləcək. Bu addımlar ABŞ-ın başqalarına öz qaydalarını tətbiq etməyə davam edəcəyini göstərir”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi