Modern.az

“Təbiət də bizi salamlayır, sahibləri gəlib bu torpağa” - Prezident Qubadlıda

“Təbiət də bizi salamlayır, sahibləri gəlib bu torpağa” - Prezident Qubadlıda

Aktual

24 Dekabr 2020, 00:21

“Xaricdə yaşayan ermənilər cinayət törədiblər. Bizim torpaqlarımızda xaricdə yaşayan erməniləri gətirib, məskunlaşdırıblar. Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb, ondan sonra ermənilər üçün evlər tikiblər.

Bu da bizim qəhrəman əsgərlərimizin adları. Öz adlarını yazıblar bu evlərin üzərində. Biləsuvar, Şabran, Sabirabad, Şuşa, Oğuz.

Qanunsuz məskunlaşma budur. Bu da ermənilərin növbəti maşınları”.

 

Modern.az xəbər verir ki, bu sözləri Qubadlı rayonunun Xanlıq kəndinə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

 

“Hər şeyi yenidən quracağıq, yolları da, bütün digər infrastruktur layihələrini yenidən quracağıq".

 

Dövlət başçısının videogörüntülərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

“Baxın, Qubadlı şəhərini nə günə qoyub düşmən. Bütün binalar dağıdılıb. Ancaq özləri üçün hərbi hissə tikiblər. Baxın, bu da Qubadlı şəhəri. Şəhərin girəcəyində ermənilər hərbi baza tikiblər.

Gün də çıxdı. Təbiət də bizi alqışlayır, salamlayır. Sahibləri gəlib bu torpağa.

Görün nə gündədir Qubadlı şəhəri. Nə günə qoyub düşmən bizim şəhərimizi”, - deyə dövlət başçısı Qubadlı rayonunda bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi