Modern.az

Ad gününüzü işğaldan azad edilmiş rayonlarda keçirmək Sizə çox yaraşır, Cənab Prezident!

Ad gününüzü işğaldan azad edilmiş rayonlarda keçirmək Sizə çox yaraşır, Cənab Prezident!

Aktual

24 Dekabr 2020, 00:30

Şahidi olduğumuz odur ki, bu günə qədər cənab Prezident İlham Əliyev özünə bir dəbdəbəli ad günü keçirməyib.

İllər idi İlham Əliyev ad günlərində məcburi köçkünlərlə görüşə gedirdi.

 

Əslində bu, həm xalqımıza, həm də bütün dünyaya bir mesaj idi.

Mesaj idi ki, o, ad günündə belə sevinə bilmir, rayonlarımızın işğal faktını qəbul edə bilmir.

Qarabağ işğalda ikən rahatlıq tapa bilmir.

Və həmişə də köçkünləri əmin edirdi ki, torpaqlarımız mütləq işğaldan azad ediləcək, onlar mütləq öz doğma yurd yerlərinə qayıdacaqlar.

 

O gün bu gündür.

 

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri o torpaqları işğaldan azad edib. Köçkünlər yaxın vaxtlarda öz yurd-yuvalarına qayıdacaqlar.

 

Bu gün (ad gününün qabaqkı günü) İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə işğaldan azad edilmiş bölgələrə getmişdi.

Bu gün İlham Əliyev əvvəlki ad günlərində köçkünlərlə görüşə getdiyi günlərdən tam fərqli görünürdü.

 

Qalib Sərkərdə, var ol! Bu xalqa qələbə dadızdırdığın üçün.

Qalib Əsgər, sağ ol! Bu xalqın qürurunu özünə qaytardığın üçün!

Qalib Dövlət, əbədi ol!

Qalib Xalq, Yaşa!

 

Həmişə belə görünün, Ali Baş Komandan, Azərbaycan əsgəri!

Xalq sizinlə fəxr edir, qürur duyur!

 

Ad gününüzü işğaldan azad edilmiş rayonlarda keçirtmək Sizə çox yaraşır, Cənab Prezident!
 

Elşad EYVAZLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi