Modern.az

Polad Bülbüloğlu diaspor rəhbərinin vəfatı ilə bağlı başsağlığı verdi

Polad Bülbüloğlu diaspor rəhbərinin vəfatı ilə bağlı başsağlığı verdi

Aktual

24 Dekabr 2020, 00:37

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanovun vəfatı ilə bağlı başsağlığı verib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, səfir Polad Bülbüloğlu Fazil Qurbanovun vəfatından çox kədərlənib:

 

"Fazil Qurbanovun vəfatı Azərbaycan və Rusiyanın elmi ictimaiyyəti, Rusiyadakı Azərbaycan diasporu üçün olduqca ağır itkidir. O uzunmüddətli səmərəli, elmi və pedaqoji fəaliyyəti ilə tibb sahəsində çoxlu gənc mütəxəssislərin, alimlərin yetişməsinə böyük töhfə verib. Fazil Qurbanov həmçinin fəal ictimai xadim və nüfuzlu şəxs kimi Azərbaycan diasporunun həyatında yaxından iştirak etmiş, diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsi, onlarin vahid məqsəd ətrafında birləşdirilməsi istiqamətində əhəmiyyətli səylər göstərmiş və səfirliyin keçirdiyi çoxsaylı tədbirlərdə fəal iştirak edib".

 

Qeyd edək ki, Fazil Səməd oğlu Qurbanov N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi