Modern.az

Messi qırdığı dünya rekordundan danışdı

Messi qırdığı dünya rekordundan danışdı

Aktual

24 Dekabr 2020, 01:54

"Futbol oynamağa başlayanda heç vaxt düşünməzdim ki, bu rekordu əldə edərəm, xüsusilə də Peleyə məxsus rekordu”.

 

Modern.az xəbər verir ki, bunu “Barselona” futbol komandasının kapitanı Lionel Messi "bir klubda ən çox qol vuran oyunçu" rekordunu qırmasından danışarkən bildirib.

 

“Mən hər kəsə, komanda yoldaşlarıma, ailəmə, dostlarıma mənə bu illər ərzində dəstək olduqları üçün minnətdaram. Hamını qucaqlayıram" – Messi deyib.

 

Xatırladaq ki, İspaniya La Liqası çərçivəsində keçirilən “Valladolid” – “Barselona” matçında Lionel Messi dünya rekordunu ələ keçirib. Belə ki, o, “Barselona”da 644-cü qolunu vuraraq bir klubun heyətində ən çox qol vurma rekorduna imza atıb.

 

Buna qədər Pele 1957-1974-cü illər arasında oynadığı Braziliyanın “Santos” komandasında 656 matçda 643 qol vurmuşdu.

 

46 il sonra bu rekordu qıran və 17 mövsüm "Barselona"da oynayan Messi 748-ci matçda 644-cü qolunu vurub. 

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi