Gürcüstanın Marneuli rayonunda iki nəfər azərbaycanlı güllələnib.
Modern.az “Marneulifm.ge”yə istinadən xəbər verir ki, hadisə yas mərasiminin keçirildiyi ərazidə baş verib. Zərərçəkənlərin ayaqlarından güllələndiyi bildirilir.
Yaralanan şəxslər xəstəxanaya çatdırılıb. Hadisə yerində araşdırma aparılır.