Modern.az

“Xankəndi şəhərinin hüquqi statusu bərpa edilməlidir” - Deputat

“Xankəndi şəhərinin hüquqi statusu bərpa edilməlidir” - Deputat

24 Dekabr 2020, 15:08

«İstənilən ölkə üçün müharibədən sonra büdcə qurmaq asan deyil. Ancaq Azərbaycan büdcə məsələsində problem yaşamır”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

Deputat təmsil etdiyi Mingəçevirdə hərbi liseyin açılmasını da təklif edib:

 

«Naxçıvanda və Bakıda hərbi lisey var. Təklif edirəm ki, gələcəkdə Mingəçevirdə də hərbi lisey yaradılsın»,

 

Aydın Mirzəzadə Azərbaycanın qədim şəhəri olan Xankəndi şəhərinin hüquqi statusunun bərpa edilməsini də vurğulayıb: “Növbəti bir neçə il üçün hərbi sahəyə ayrılan vəsait xüsusi seçilməlidir. Azərbaycanda hərbçi, müəllim və həkim yüksək maaş almalıdır. Hörmətli Baş nazirdən xahiş edirəm ki, bankların kredit faizlərinin aşağı salınması ilə bağlı götür-qoy etsinlər”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi