«Azərbaycanın xaricdə fəaliyyət göstərən konsulluqları, diasporu sözün əsl mənasında cəbhə xəttindədir»
Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən büdcə müzakirələri zamanı çıxış edən deputat Səməd Seyidov bildirib.
Deputat maliyyələşməyə hansısa formada dəyişiklik gətirməli olduğunu qeyd edib:
Bu gün ölkəmiz dünya miqyasında əhəmiyyətli olan layihələrin həyata keçirilməsi üçün konsulluqların, diasporların fəaliyyəti yüksək səviyyədə təqdim olunmalıdır. Onların təhlükəsizliyi də yüksək səviyyədə təmin edilməlidir. Büdcənin içərisində bu məsələlər öz əksini tapır. Amma biz daha yüksək səviyyədə xarici siyasət həyata keçirmək üçün daha çox işləməliyik”.