Modern.az

Fatih Terimə 5 matçlıq cəza

Fatih Terimə 5 matçlıq cəza

24 Dekabr 2020, 23:35

Türkiyə Super Liqasının XII turunda “Fatih Karagümrük”lə oyunda qırmızı vərəqə alan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzası müəyyənləşib.

 

Modern.az xəbər verir ki, görüşün 69-cu dəqiqəsində texniki zonadan qovulan təcrübəli mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub.

 

Nizam-İntizam Komitəsi müxtəlif maddələri birləşdirərək, Terimin qarşıdakı 4 matçda texniki zonada yer almamasını qərara alıb. Çünki “cim-bom” artıq bir görüşü (“Göztəpə” – 3:1) onsuz keçirib. Həmçinin “sarı-qırmızılılar” çalışdırıcıya görə 45 min 500 lirə məbləğində cərimələnib.

 

“Qalatasaray” rəhbərliyi qərara dərhal etirazını bildirib. Terim ya onlayn, ya da üz-üzə görüşlə özünü müdafiə etmək istəyir.

 

Qeyd edək ki, Fatih Terim “Trabzonspor”, “Antalyaspor”, “Konyaspor” və “Gənclərbirliyi” ilə qarşılaşmalarda “Qalatasaray”a kömək edə bilməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et