Modern.az

Milli Məclisin iki komitəsinin birgə iclası keçirilib

Milli Məclisin iki komitəsinin birgə iclası keçirilib

Aktual

25 Dekabr 2020, 11:55

Dekabrın 25-də Milli Məclisin İctimai  birliklər  və dini qurumlar, Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitələrinin onlayn formatda  keçirilən birgə iclasında  “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindn məlumat verilib.

 

Bildirilib ki, Milli  Məclis  Sədrinin müavini, İctimai  birliklər  və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olundu və  siyasi partiyalar haqqında fikir və mülahizələr irəli sürüldü.

 

Müzakirəyə çıxarılan sənədi çox demokratik qanun adlandıran vitse-spiker məlumat verib ki, siyasi partiyalar haqqında yeni qanun hazırlanır, parlamentdə səslənmiş fikirlər həmin qanunda öz əksini tapacaq. Qeyd edib ki, hazırda humanist bir qanun layihəsi bizim müzakirəmizə verilib. Layihəyə görə, 17-1-ci maddəyə  edilən dəyişiklik yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə mandat qazanaraq parlamentdə təmsil olunan və yeni qeydiyyatdan keçən partiyaların maliyyə problemlərinin həllinə dəstək verəcək. Yeni qanunda vəsaitin verilmə müddəti müəyyən olunur.     

 

Sonra  iclasda Milli Məclis  Sədrinin  birinci  müavini, Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin sədri  Əli Hüseynli “Siyasi partiyalar haqqında”  qanuna dəyişikliklər  edilməsi  barədə” qanun layihəsinin birinci oxunuşda plenar iclasdakı müzakirəsi zamanı rəy və təkliflərini bildirmiş olan siyasi partiya rəhbərləri Razi Nurullayev, Fazil Mustafa, Sabir Rüstəmxanlı və Tahir Kərimlinin, həmçinin deputat Məlahət İbrahimqızının fikirlərinə münasibət bildirib, bir sıra məqamlara aydınlıq gətirib. Onlayn iclasda I vitse-spiker qanunun 17-1-ci maddəsinə edilən dəyişiklikləri bir daha ətraflı şərh edib.

 

Komitələrin birgə iclasında deputatlar Azər Badamov və Razi Nurullayev “Siyasi partiyalar haqqında” qanuna təklif olunan dəyişiklikləri müsbət qiymətləndiriblər, sənədi ikinci oxunuşa tam hazır layihə kimi dəyərləndiriblər. Qeyd olunub ki, bu qanun dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılmış vəsaitin bölüşdürülməsində tam ədalətli yanaşmanı ortaya qoyur.

 

Hər iki komitə üzvlərinin və siyasi partiya rəhbərlərinin iştirakı ilə aparılan müzakirələrin yekununda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına  tövsiyə  edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi