Modern.az

“2021-ci ilin büdcəsində Qarabağın quruculuğu və hərbi xərclərin artırılması əsas olmalıdır” - Məlahət İbrahimqızı

“2021-ci ilin büdcəsində Qarabağın quruculuğu və hərbi xərclərin artırılması əsas olmalıdır” - Məlahət İbrahimqızı

25 Dekabr 2020, 12:13

“2021-ci ilin büdcəsi Zəfər büdcəsidir. Biz Qarabağın quruculuğu naminə bir yerdə olmalıyıq. Qarşıdakı dövrdə əsas prioritet Qarabağın quruculuğu və hərbi xərclərin artırılması olmalıdır”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı çıxış edən deputat Məlahət İbrahimqızı deyib.

 

Deputat qeyd edib ki, biz sosial xərclərin artırılmasına da diqqət yetirməliyik:

 

“Eyni zamanda koronavirus pandemiyasından az qala müflisləşmə səviyyəsinə gələn orta və kiçik sahibkarlığa gələn ilin büdcəsindən daha çox dəstək ayrılmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et