Modern.az

Füzuli, Hadrut, Xocavənddə döyüşən ŞÖBƏ RƏİSİ - FOTOLAR

Füzuli, Hadrut, Xocavənddə döyüşən ŞÖBƏ RƏİSİ - FOTOLAR

Aktual

25 Dekabr 2020, 12:50

İkinci Qarabağ Müharibəsində iştirak etmək üçün xeyli sayda vətəndaşımız  döyüşlərə könüllü qatılaraq qəhrəmanlıq göstərib.

 

Demək olar, hər gün Azərbaycan insanı  döyüş qəhrəmanları ilə tanış olur. Onların şücaəti, vətənpərvərliyi barədə yeni-yeni bilgilər  əldə edir.

 

Artıq  tarix yazan Azərbaycan əsgərini tarixin yaddaşına hopan simasından, səsindən, təbəssümündən, hətta ayaq səsindən tanıyırıq. Tarixə çevrilmək üçün zamanın yetişdirdiyi qəhrəman olmalısan.

 

Modern.az saytı Vətən Müharibəsində iştirak etmiş növbəti qəhrəmanı oxucularına təqdim edir:

 

Müsahibimiz Füzuli rayonu Vergi İdarəsinin rəisi Aqil Atakişiyevdir. Qəhrəmanımız Füzuli, Hadrut,  Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Aqil Atakişiyev deyir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu üçün qürur hissi keçirir:

 

Döyüş ruhum yüksək idi

 

“Müharibə başlayanda düşmənə qarşı savaşmaq və qalib gəlmək mənim də ürəyimdən keçdi. Çox keçmədi ki, vətənin azadlığı uğrunda döyüşmək mənə də qismət oldu. Açığı deyim ki, döyüş ruhum yüksək idi və sevinə-sevinə cəbhəyə yollandım. Beynimdə bir fikrim vardı. Mütləq torpaqlarımızı azad edəcəyik. Çünki illər idi ki, bu günü gözləyirdik”.

 

Xocalı soyqırımını heç vaxt unutmadıq

 

44 günlük Vətən müharibəsinin qəhrəmanı deyir  ki, vətən sevgisi ailədən gəlir:

 

“Biz bu müharibədə qəhrəman oğullarımızı gördük. Düşmənə qarşı hamımızda qisas hissi vardı. Çünki biz Xocalı soyqırımını heç vaxt unutmadıq və unuda da bilmərik. Atam  Atakişi Atakişiyev Xocalı rayonunun keçmiş prokuroru olub. Bizim ailədə vətən və müharibə mövzusu həmişə aktual olub. Mən də hər kəs kimi vətənpərvərlik ruhunda böyümüşəm. İçində vətən sevgisi olanlar gec-tez vətəninin azadlığına qovuşur. Biz də vətənimizin azadlığına qovuşduq”.

 

Atamız torpaqlarımızı düşməndən azad etdi

 

Aqil Atakişiyev övladları üçün darıxdığını da qeyd edib:

 

“ 3 övladım var. Onlar ataları ilə fəxr edir. Uşaqlarım orta məktəbdə oxuyurlar. Demək olar ki, müharibənin nə demək olduğunu dərk edirlər. Müharibə başlayanda ara-sıra telefon əlaqəsi yaradırdım. Mənə deyirdilər ki, “ata, səninlə fəxr edirik. Qarabağı azad etməmiş gəlmə”. Füzuli, Hadrut Zəngilan azad ediləndə çox sevinmişdilər ki, atamız torpaqlarımızı düşməndən azad etdi. Ali Baş Komandan və müzəffər ordumuz sağ olsun ki, biz birlikdə Qarabağı işğalçılardan təmizlədik. Biz gücümüzü ortaya qoyduq və Qarabağ artıq azaddır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi