“Son bir ayda 4500 şəhid ailəsi və müharibə əlili dövlətin qayğısı ilə əhatə olunub”.
Modern.az xəbər verir ki, bunu parlamentin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu il həmin kateqoriyadan olan insanlara 1500 mənzil və fərdi ev təqdim ediləcək:
“Ümumilikdə isə 9 mindən çox fərdi ev və mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib”.
Nazir şəhid ailələrinin daim ölkə başçısının diqqətində olduğunu da vurğulayıb.
S. Babayev qeyd edib ki, Vətən müharibəsində iştirak edən 1560 nəfərə pensiya və sosial təqaüdün təyin edilməsi artıq təmin edilib və bu iş davam etdirilir.