Modern.az

I Qarabağ Müharibəsinin iştirakçıları da yaddan çıxmamalıdır - Siyavuş Novruzov

I Qarabağ Müharibəsinin iştirakçıları da yaddan çıxmamalıdır - Siyavuş Novruzov

Aktual

25 Dekabr 2020, 15:55

“Bu günə kimi Azərbaycanda şəhid ailələri, Qarabağ əlillərinin mənzil və avtomobillərlə təminatı həyata keçirilirdi. İkinci Qarabağ müharibəsindən sonra bu məsələyə diqqət daha da artıb”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, Birinci Qarabağ Müharibəsi iştirakçıları da yaddan çıxmamalıdır:

“O insanlar döyüşən zaman nə silah, nə Ali Baş Komandan var idi. O insanlar taborlarla döyüşmüşdülər, onların arasında şəhid və əlil olanlar var. Gələcəkdə onların da müavinət və pensiyalarının artırılmasına diqqət yetirilməlidir ki, ayrı-seçkilik olmasın”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi