Modern.az

Ağcabədidə şam ağacı azad edilmiş rayonların adı ilə bəzədildi

Ağcabədidə şam ağacı azad edilmiş rayonların adı ilə bəzədildi

27 Dekabr 2020, 13:43

Ağcabədi şəhərinin mərkəzində, H.Əliyev meydanında quraşdırılan şam ağacı işğaldan azad olan rayonların adı və  Azərbaycan-Türkiyənin dövlət bayraqları ilə bəzədilib.

 

Modern.az-ın məlumatına görə, uzunluğu 9 metr olan "yolkanın" ən zirvəsində Dövlət bayrağı dalğalandırılır.

 

Vətən müharibəsində iştirak edən və şəhid olan  Ağcabədidən olan 40 hərbçinin və 1 mülki şəxsin xatirəsinə 41 ədəd xarı bülbül asılıb. Yolkanın ən zirvəsində isə “Qarabağ Azərbaycandır!” yazılıb. (APA)

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi