Modern.az

Vitse-spiker yaralı əsgərlərlə görüşdü

Vitse-spiker yaralı əsgərlərlə görüşdü

28 Dekabr 2020, 19:39

Milli Məclis Sədrinin müavini Adil Əliyev və Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik Elxan İbrahimov Vətən müharibəsində yaralanan və Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüşüblər.

 

Modern.az xəbər verir ki, əvvəlcə, mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevin guşəsi önünə gül dəstəsi qoyulub, Ulu öndərin xatirəsi hörmət və ehtiramla anılıb. Sonra vitse-spiker Adil Əliyev və polkovnik Elxan İbrahimov reabilitasiya mərkəzində Rəşadətli Ordumuzun qəhrəman hərbçilərinin müalicəsi və burada yaradılan şəraitlə yaxından tanış olublar.

 

Görüşdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Qeyd edilib ki, sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsi,  onların sağlamlıqlarının bərpası hər zaman ölkə başçısının diqqət mərkəzində olub.

 

Adil Əliyev Vətən müharibəsində qələbəmizin əhəmiyyətindən danışaraq yaralı hərbçilərin tezliklə sağalaraq ailələrinə və xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Tədbirin sonunda Mərkəzdə müalicə alan yaralı hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi