2021-ci ilin dövlət büdcəsində ehtiyac meyarının məbləği müəyyən olunub.
Modern.az xəbər verir ki, bu, parlamentin iclasında müzakirə edilən “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulub.
Qanun ayihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.