Modern.az

Şəhid olan təhsil işçilərinin ailələri ziyarət edildi

Şəhid olan təhsil işçilərinin ailələri ziyarət edildi

30 Dekabr 2020, 20:24

Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə nazirliyin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan təhsil işçilərinin ailələrini ziyarət ediblər.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Nazirliyin əməkdaşları Gəncə, Lənkəran şəhərləri və  Ağstafa, Beyləqan, Gədəbəy, Saatlı, Sabirabad, Tovuz, Cəlilabad, İsmayıllı, Oğuz, Şamaxı, Samux, Ağdam, Kürdəmir rayonlarından olan şəhid təhsil işçilərinin ailələrinə baş çəkib, onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər.

 

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralananlar və onların ailələri hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunur.

  
 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi