Modern.az

Britaniyada koronavirusdan rekord sayda ölüm

Britaniyada koronavirusdan rekord sayda ölüm

30 Dekabr 2020, 21:19

Böyük Britaniyada yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

 

Belə ki, son sutka ərzində 50 023 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiq edilib, virus testi müsbət çıxan 981 nəfər isə ölüb.

Bundan əvvəl, 53 135 nəfərdə infeksiya aşkarlanıb, 414 pasiyent isə dünyasını dəyişib.

 

Qeyd olunub ki, ümumilikdə ölkə üzrə 2 429 049 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 72 367 nəfər vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi