Modern.az

Teymur Rəcəbov heç-heçələrlə yarımfinala yüksəldi

Teymur Rəcəbov heç-heçələrlə yarımfinala yüksəldi

Aktual

31 Dekabr 2020, 00:18

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirində nokaut mərhələsi başa çatıb.

 

Modern.az xəbər verir ki, dairəvi sistemlə keçirilən birinci mərhələdə ilk 8 yeri tutan şahmatçılar 1/4 finalda üz-üzə gəliblər.

 

Bu gün raundun ikinci matçları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə növbəti görüşdə üz-üzə gəlib. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb. 

 

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə də qrossmeysterlər “sülh” bağlayıblar – 1:1. 

Qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala yüksəlib.  

O, bu mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni yarışdan kənarlaşdıran rusiyalı Danil Dubovla oynayacaq. Şahmatçılar finala vəsiqə üçün 2 gün – dekabrın 31-də və yanvarın 1-də qarşılaşacaqlar. 

Digər yarımfinal cütündə isə Levon Aronyanla (Ermənistan) Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq. 

 

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi